• 21 Aprel 2021
logo
Erməni əsgərinin ayağında 300 metrlik ZƏNCİR... - Hərbçimiz gördüklərindən DANIŞDI

Erməni əsgərinin ayağında 300 metrlik ZƏNCİR... - Hərbçimiz gördüklərindən DANIŞDI

Aprel döyüşlərinin qəhrəmanı Əhliyyət Mehdiyev döyüşlərdə rastlaşdığı hadisələrdən söz açıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, o, erməni postunu ələ keçirdikdən sonra gördüklərindən danışıb:
"Bir neçə dəqiqə əvvəl öldürdüyümüz erməni əsgərinin ayağına zəncir bağlanmışdı. Zəncirin uzunluğu 300-400 metr olardı. Erməni əsgərlərini burada məcburi şəkildə, zəncirləyib saxlayırdılar ki, biz hücum etdikdə cavab versinlər".

Qeyd edək ki, Talış yüksəkliyini ələ keçirən xüsusi təyinatlılar arasında Əhliyyət də olub.

Əhliyyət və döyüş yoldaşları 50 erməni hərbçisini məhv ediblər. Ermənilərin atdığı top mərmisi Əhliyyətin də olduğu yerə düşüb və onu 5-6 metr yüksəkliyə qaldırıb yerə çırpıb. Gözünün birini qan örtsə də, döyüşə davam edib.

Ə.Mehdiyevin döyüş yoldaşları ona "Fred" ləqəbini veriblər. Bu ləqəbi ona Qarabağ döyüşlərinin ilk illərində böyük qəhrəmanlıq göstərən Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asifin) həyat yolunu əzbər bildiyinə, onu özünə ideal saydığına görə veriblər.