• 16 Aprel 2024
logo
Şabranda yaşayış evi yanıb, iki uşaq xəsarət alıb

Şabranda yaşayış evi yanıb, iki uşaq xəsarət alıb

Şabran rayonunda yaşayış evində yanğın olub.

Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Evdə olan iki azyaşlı 2014-cü il təvəllüdlü Niyazov Araz Zaur oğlu və onun bacısı, 5 yaşlı Təranə xilas edilib.

Xəsarət alan uşaqlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yanğın söndürülüb.