• 29 Mart 2024
logo
Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicəyə cəlb edilən rayonun Kiçik Əmili kənd sakini A.Gəncimov sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. O, ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.