• 24 Aprel 2024
logo
Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi ölüb

Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi ölüb

Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi yol qəzasında həlak olub.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, qəza barədə məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

"Yanvarın 23-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinə Gümrüdəki Bulvarain küçəsində bir avtomobilin yanması barədə siqnal daxil olub. Hadisə yerinə gələn xilasedicilər 25 yaşlı kişiyə məxsus "Opel Astra" markalı avtomobilin yük maşınına çırpıldığını müəyyən ediblər. Hadisə nəticəsində avtomobildə meydana gələn yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıblar", - məlumatda deyilir.

Ermənistan mətbuatı ölən şəxsin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi Leonid Xomyakov olduğunu bildirib.