• 29 Noyabr 2020
logo
İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb

İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb

İsmayıllı rayonunda ayının hücumuna məruz qalan şəxsin səhhəti normaldır.
Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: "Yaralı sakin dərhal peyvənd olunub, ona tibbi yardım göstərilib. Hadisə meşənin içərisində olan Xanagah kəndində baş verib. Ayı hücum edərək kənd sakinini yaralayıb".
R.Ağayev bildirib ki, yaralı sakinin vəziyyəti hazırda normaldır və o, xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, İsmayıllı rayonunun Xanagah kəndində, kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu qəfildən ayının hücumuna məruz alıb. Bədəninin müxtəlif nahiyəsindən xəsarətlər alan İ.Rəsulov İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.