• 19 Mart 2024
logo
"15 min borcum var" - Samirə

"15 min borcum var" - Samirə

"Evdə uşaqlarımı gəzdirmək üçün avtomobil almalı idim. Ayrı-ayrı dərslərə gedirlər. Onları aparmağa çatdırmırdım. Ehtiyac duyuldu ki, ikinci maşın olsun. Avtosalonun sahibindən xahiş etdim ki, ilkin ödəniş edim və qalanın sonra verim. Amma ödəyə bilmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Onun sirri" proqramında deyib. Sənətçi bildirib ki, hazırda avtosalona 15 min borcu var:

"15 min borcum qaldı. İndi də ödəyə bilmirəm. Amma ödəyəcəm. Ədalət Şükürovdan xahiş etdim ki, zamin dursun. Ona böyük qardaş deyirəm. O da zamin durub".