• 19 Mart 2024
logo
Məşhur aktrisa çəkiliş zamanı panik atak keçirib

Məşhur aktrisa çəkiliş zamanı panik atak keçirib

Aktrisa Dakota Conson maraqlı açıqlaması ilə diqqət çəkib.

BiG.AZ Axşam.az-a istinadən bildirir ki, verilişlərdən birinə qonaq olan Dakota "The friend" filminin çəkiliş meydanında panik atak keçirdiyini deyib:

"Teatrda mahnı ifa edəcəkdim. Həmin an məni qorxu və stress bürüdü. Panik atak keçirdiyimi anladım. Böyük kütlənin qarşısında mahnı ifa etmək mənim üçün gözlənilməz və çox həyəcanverici idi. Həmin vaxt kamera arxa tərəfdən çəkiliş edirdi. Həyəcandan çevrilib aktyor heyətinə baxa bilmirdim".