• 29 Mart 2024
logo
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi

"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi

Bakı metropoliteninin istismara hazırlanan "8 Noyabr" stansiyasına rəis müavini təyin edilib.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. Sədrin əmri ilə Kamal Talıbzadə "8 Noyabr" stansiyasının rəis müavini təyin edilib.

Z.Hüseynovun digər əmri ilə stansiyanın tam heyəti də təsdiqlənib. Əmrə əsasən, rəhbər heyətlə əlaqədar stansiya növbətçiləri və digər heyət müəyyənləşib.

Xatırladaq ki, bir müddət əvvəl Yusif Şabanov "8 Noyabr" stansiyasının rəisi təyin edilmişdi.