• 7 Mart 2021
logo
Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.