• 8 Mart 2021
logo
Azərbaycanda avtomobil yanacağı istehlakının artımı dekabrda zəifləyib

Azərbaycanda avtomobil yanacağı istehlakının artımı dekabrda zəifləyib

2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil benzini və dizel yanacağından əldə etdiyi gəlirlər 2,041 mlrd. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% azdır. Təkcə dekabr ayında əhali 171,7 mln. manat dəyərində avtomobil benzini və dizel yanacağı alıb ki, bu da noyabr ayı ilə müqayisədə 7% çoxdur.

Nəticədə, 2020-ci ildə ümumi avtomobil benzini və dizel yanacağının istehlakının illik azalmasında dekabr ayı böyük rol oynayıb. Belə ki, 2020-ci ilin dekabr ayında əhali cəmi 171,7 mln. dollarlıq avtomobil yanacağı aldığı halda, 2019-cu ilin dekabr ayında bu göstərici 399,1 mln. manat olub (2019-cu ilin noyabr ayı ilə müqayisədə 2,3 dəfə artım). Hesablamalara görə, ölkədə artıq bir neçə ildir məhz dekabr ayında avtomobil yanacağının istehlakı kəskin artım müşahidə olunur, lakin pandemiya fonunda 2020-ci ildə bu baş verməyib və olduqca zəif (7%-lik) artım qeydə alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağı satışının ən zəif satıldığı dövr aprel ayı olub (144,7 mln. manat), bu da pandemiyanın başlanğıcına təsadüf edib.