• 29 Mart 2024
logo
Zığ-Hava limanı yolunda zəncirvari qəza baş verib

Zığ-Hava limanı yolunda zəncirvari qəza baş verib

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib.