• 8 Mart 2021
logo
Bakıda nənəsini və bibisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda nənəsini və bibisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda nənəsini və bibisini qətlə yetirməkdə təqsirləndirilən Samir Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.