• 19 Aprel 2024
logo
CAR-da tibbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

CAR-da tibbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Cənubi Afrika Respublikasının (CAR) şərqindəki Kvazulu-Natal əyalətində tibbi helikopterin qəzaya uğraması nəticəsində bir pilot və dörd tibb işçisi həlak olub.

APA-nın məlumatına görə, bu barədə "Xinhua" agentliyi yazır.

Helikopter özəl tibb müəssisəsinə məxsus idi. Müəssisənin nümayəndəsinin sözlərinə görə, qəza helikopterin Kvazulu-Natal əyalətindən Yohannesburqa ağır xəstəni apararkən baş verib.

Hazırda hadisənin səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.