• 8 Mart 2021
logo
Ötən il Bakıda baş verəən yol-nəqliyyat hadisələri nəticəsində 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb

Ötən il Bakıda baş verəən yol-nəqliyyat hadisələri nəticəsində 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb

2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə xəsarət alıb.

ABakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya verdiyi məlumata görə, 2019-cu il il müqayisədə hadisələrin sayı 109 fakt və ya 19,2 faiz azalıb:

“Eyni zamanda yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir”.

DYP sözcüsü bildirib ki, yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır:

"Qəzaların 167-sini (36,3 %) manevr qaydalarının pozulması, 125-ni (27,2%) sürət həddinin aşılması,56-nı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-nü (7,4 %) yol ayrıcını keçmə qaydalarının pozulması, 16-nı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”.