• 2 Mart 2021
logo
Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramil Şamsutdinova 24,6 il həbs cəzası verilib

Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramil Şamsutdinova 24,6 il həbs cəzası verilib

Rusiyada əsgər yoldaşlarını güllələməkdə təqsirli bilinən hərbçi Ramil Şamsutdinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, Çitanın İkinci Şərq Dairəsi hərbi Məhkəməsinin qərarı ilə 8 nəfərin qətlində təqsirləndirilən R. Şamsutdinov cəzasını ciddi rejimli müəssisədə çəkməklə 24 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 25-də Şamsutdinov hərbi xidmət zamanı qarovul növbəsini təhvil verərkən odlu silahdan atəş açıb. Nəticədə 8 nəfər ölüb, iki nəfər yaralanıb. İstintaqa ifadəsində o, törətdiyi addımı hərbi hissədə “dedovşina” və güc tətbiqi ilə izah edib.

Dövlət ittihamçısı R. Şamsutdinovun 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.