• 29 Mart 2024
logo
Sidneydə 20 Yanvar şəhidləri anılıb

Sidneydə 20 Yanvar şəhidləri anılıb - FOTO

Avstraliyanın Sidney şəhərində qanlı 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib.

71 nəfərin iştirak etdiyi tədbirdə yanvar hadisələri ilə bağlı ətraflı məlumat verilib. Tədbir Avstraliya-Azərbaycan Assossisiyası tərəfindən təşkil edilib.

Avstraliyada yaşayan soydaşımız, təşkilatın sədri Mikayıl Oytanın Cebhe.info-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin təmsilçisi Ramil Qurbanov da iştirak edib.

Türk diasporunun nümayəndələrinin də qatıldığı tədbirdə Sovet qoşunlarının Bakıda törətdiyi dəhşətləri əks etdirən videoçarx yayınlanıb.