• 28 Mart 2024
logo
MÖCÜZƏ: 73 gün sonra tapılan şəhidin nəşi ÇÜRÜMƏYİB - Ata göz yaşlarını SAXLAYA BİLMƏDİ

MÖCÜZƏ: 73 gün sonra tapılan şəhidin nəşi ÇÜRÜMƏYİB - Ata göz yaşlarını SAXLAYA BİLMƏDİ

Sosial şəbəkələrdə hər kəsi kədərləndirən görüntülər yer alıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, görüntülərdə 72 gün sonra nəşi tapılan əsgərin atası və onun oğlunun tapılması üçün dediyi qurbanlıq qoyunlar əksini tapıb.

Bildirilir ki, ata oğlunun döyüşlərdən salamat gəlməsi üçün qurbanlıq deyib, lakin oğlunun nəşi gəlib. Buna baxmayaraq, o, oğlu sağ gəlməsə də, qoyunları qurban kəsib:

"Orxan müharibə başlayanda gəlib qarşımda əyləşib,10 dəqiqə müddətində səssiz qaldı, heç nə danışmadı. Sonra mənə "Ata, görən şəhid adı mənə qismət olar?" dedi. Söz tapa bilmədim. Bəlkə də, şəhid olacağını hiss edirdi. Oğlum postların geri alınmasında əsgər yoldaşları ilə bir neçə saat ermənilərlə döyüşəndən sonra şəhid olub. Erməni ilə üzbəüz gələndə silahdan istifadə etmək mümkün olmayıb. O, çiynindən yaralı olduğu halda erməni əsgəri ilə əlbəyaxa döyüşüb və başındakı kaska ilə ermənini öldürüb. Orxanın əllərindən və sinəsindən güllələmişdilər.

73 gün sonra Orxanın nəşini Füzuli rayonuna gətirdik. İnanırsınız, onun bədəni çürüməmişdi. Mən müharibə başlayanda oğluma demişdim ki, sən get, gələndə qurban kəsəcəyəm. Şəhidimizi gətirəndə qurbanımı kəsdim. Demişdim, oğlum üçün qurban kəsəcəyəm, amma deməmişdim ki, şəhidim üçün kəsəcəyəm. Şükür Allaha, o, şərəfli döyüş yolu keçərək şəhid oldu".