• 19 Mart 2024
logo
Metronun yeni stansiyasına rəis təyin olunub

Metronun yeni stansiyasına rəis təyin olunub

“Bakı Metropoliteni” yeni istifadəyə veriləcək stansiyasına rəis təyin olunub.

Bu barədə Trend-ə *Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib o bildirib ki, "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynovun əmri ilə Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək “8 Noyabr” stansiyasına rəis təyin edilib.

"Nizami" stansiyasının rəisi vəzifəsinə isə Vüsal Zeynalov olunub. Həmçinin Arif Həsənli "Xalqlar Dostluğu" stansiyasının rəisi vəzifəsinə təyinat alıb.