• 19 Mart 2024
logo
2020-ci ildə 2 milyon tona yaxın yük daşınıb - DANX

2020-ci ildə 2 milyon tona yaxın yük daşınıb - DANX

Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiya Federasiyasına – 13 istiqamət üzrə, Gürcüstana – 12 istiqamət üzrə, Türkiyə Respublikasına – 3 istiqamət üzrə, İran İslam Respublikasına – 5 istiqamət üzrə və İraq Respublikasına – 1 istiqamət üzrə gedişlər təşkil olunub.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər. Beynəlxalq sərnişin daşımaları üçün ilin birinci rübündə 1200 ədəd “İcazə” blankı mübadilə edilib.

Avtomobil nəqliyyatı ilə daşımaların digər vacib sahəsi isə yükdaşımalarıdır. Pandemiya ilə əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyət tədbirləri zamanı həm daxili, həm də beynəlxalq yükdaşımalarına heç bir məhdudiyyət tətbiq edilməyib. Müvafiq karantin qaydalarına əməl edilməsi şərti ilə yüklərin beynəlxalq və ölkə daxili daşımaları təmin edilib.

Ümumilikdə beynəlxalq daşımaların həyata keçirilməsi üçün xarici ölkələrlə aşağıdakı sayda "İcazə" blankları mübadilə edilib:

- giriş, çıxış və tranzit keçid üçün - 155325 ədəd;

- 3-cü ölkəyə/ölkədən daşımalar üçün – 16060 ədəd;

Beynəlxalq nəqliyyat forumunun (BNF)

- çoxtərəfli "İcazə"ləri (illik) - 1200 ədəd;

- çoxtərəfli "İcazə"ləri (aylıq) - 240 ədəd.

Əlavə olaraq qeyd edək ki, il ərzində 58 907 xarici yük avtonəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə daşımaları təmin edilib. Milli daşıyıcılarımız tərəfindən ölkə daxili və digər digər dövlətlərin ərazisindən tranzit keçməklə 2 milyon tona yaxın yük daşınıb.