• 3 Mart 2021
logo
Xüsusi karantin rejimi dövründə ötən il 10 mindən çox taksi sürücüsünə icazə verilib

Xüsusi karantin rejimi dövründə ötən il 10 mindən çox taksi sürücüsünə icazə verilib

Azərbaycanda ötən il ərzində xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən 10 232 nəfər taksi ilə sərnişindaşıma və 9 086 nəfər yükdaşıma xidməti göstərən sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına yerləşdirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Xidmətin 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatında bildirilir.

Qeyd olunur ki, il ərzində verilən 104 828 ədəd fərqlənmə nişanı üzrə 1 815 440 manat məbləğində vergi ödənilib. Bunlardan, 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib.