• 29 Mart 2024
logo
Azərbaycanda sərnişin və yük daşımaları üçün verilən lisenziyaların sayı açıqlanıb

Azərbaycanda sərnişin və yük daşımaları üçün verilən lisenziyaların sayı açıqlanıb

2020-ci ilin yanvar-dekabr ayları ərzində verilmiş Azəbaycanda sərnişin və yük daşımaları üçün 104 828 ədəd fərqlənmə nişanı verilib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bunlardan, 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı təqdim edilib.

Fərqlənmə nişanları üzrə 1 815 440 manat məbləğində vergi ödənilib.