• 23 Aprel 2024
logo
Bakıda yük maşını minik avtomobili ilə toqquşdu - 1 nəfər öldü, 3 nəfər yaralandı

Bakıda yük maşını minik avtomobili ilə toqquşdu - 1 nəfər öldü, 3 nəfər yaralandı

Bakıda ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə bu gün Pirallahı rayonunun eyniadlı qəsəbəsində baş verib.
Qəsəbənin girişində yük avtomobili ilə minik avtomobili toqquşub.
Hadisə nəticəsində 1 nəfər kişi aldığı xəsarətlərdən dünyasını dəyişib,
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə yollanan Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıblar.