• 3 Mart 2021
logo
DİN əməliyyat keçirib, 33 kq narkotik götürülüb

DİN əməliyyat keçirib, 33 kq narkotik götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Xətai rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qram heroin aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə 25 kiloqram 286 qram heroin, 5 kiloqram 156 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağabəyov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.