• 23 Yanvar 2021
logo
Cəlilabadda karantin qaydalarını pozan 1244 nəfər cərimələnib

Cəlilabadda karantin qaydalarını pozan 1244 nəfər cərimələnib

Ötən il Cəlilabad rayonunda karantin rejimi qaydalarını pozan 1244 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bunu Cəlilabad rayon polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev deyib.

Polis rəisi bildirib ki, şəxsi heyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərin nəticəsi olaraq ötən il ərzində rayon ərazisində baş vermiş cinayətlərin 94,3 faizinin açılması təmin edilib: "İl ərzində 136 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. İctimai asayişin və ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə işində bir sıra nailiyyətlər əldə olunub, koronavirus pandemiyasının qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin qəbul etdiyi qərarların tətbiqi və icrasına nəzarət işi həyata keçirilib".