• 17 Yanvar 2021
logo
Koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertləri Uhan şəhərindədir

Koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertləri Uhan şəhərindədir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xəstəliyin ilk qeydə alındığı Çinin Uhan şəhərinə səfər ediblər.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

ÜST-ün ekspertlərini daşıyan təyyarə yerli vaxtla saat 11:05-də Uhan beynəlxalq aeroportuna enib.
Səfər çərçivəsində ÜST-ün ekspertləri çinli alimlərlə koronavirusun mənşəyini araşdıracaqlar.

Qeyd edək ki, bundan əvvəl Çin hakimiyyəti ölkədə mövcud qaydalara görə mütəxəssislərin 14 günlük karantində qalmalı olduğunu bəyan edib. Bu müddət ərzində ÜST-ün ekspertləri çinli alimlərlə videokonfrans formatında məsləhətləşmələr aparacaqlar.

Xatırladaq ki, COVID-19-un mənşəyini araşdıracaq ÜST-ün ekspertləri uzun müddətdir Çinə giriş icazəsi gözləyirdilər. ÜST səfərin gecikməsinin viza problemi ilə bağlı olduğunu bəyan etmişdi.