• 29 Mart 2024
logo
Avtomobil qaz xəttini zədələdi, bir neçə kiçik müəssisənin qazı kəsildi

Avtomobil qaz xəttini zədələdi, bir neçə kiçik müəssisənin qazı kəsildi

Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib.
Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.