Dağıstanda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 71 nəfərə çatıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, zəhərlənənlərdən 61 nəfəri uşaqdır.
Bildirilib ki, kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib.
Faktla bağlı cinayət işi başlanıb.