• 6 İyul 2025
logo
Dünyada son sutkada koronavirusa 566 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 566 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada 566 186 nəfər koronavirusa yoluxub, 9 371 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 89707 115 yoluxma hadisəsi, 1 940 352 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 54 faizdən çoxu Şimali və Cənubi Amerikanın (309 078) payına düşür. Digər yerləri isə Avropa (173 540), Cənub-Şərqi Asiya (25 493) bölüşür.