• 27 Aprel 2024
logo
Gədəbəydə 7 otaqlı ev yanıb

Gədəbəydə 7 otaqlı ev yanıb

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qaradağ kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 40 m² və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.