• 9 Avqust 2022
logo
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə "Yarat Group" MMC arasında 2 milyon manata yaxın məbləğdə müqavilə imzalanıb.

Trend bu barədə “Elektron satınalmalar” portalına istinadən məlumat verir.

Məlumata əsasən, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu elan etdiyi Xocəsən qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yaşayış məhəlləsinə yol şəbəkəsinin tikintisi və abadlaşdırma üzrə tenderin qalibi müəyyən edilib:

“Tender komissiyasının qərarı ilə "Yarat Group" MMC qalib elan edilib. Şirkətlə 1,87 milyon manat məbləğində müqavilə imzalanıb”.