• 9 Avqust 2022
logo
Alman mediasında ermənilərin ekoloji terrorundan bəhs edilib

Alman mediasında ermənilərin ekoloji terrorundan bəhs edilib

Almaniyada yaşayan azərbaycanlı tədqiqatçı Elnurə Civəzadə Almaniyanın heise.de saytında ermənilərin Qarabağda törətdiyi ekoloji terrorla bağlı məqalə ilə çıxış edib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Trend-ə məlumat verib. Onun sözlərinə görə, təqdiqatçı məqalədə 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda müharibənin sona çatması, təsir dairələri üzərində davam edən rəqabətlərə baxmayaraq, problemli bölgəyə rahat bir nəfəs gətirmək mənasını verə biləcəyini qeyd edib.

Məqalədə deyilir: “Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa aparacaq yola çox var. Ancaq ətraf mühitə daha çox ziyanın vurulmasının qarşısının alınması artıq göz önündədir. Münaqişənin mediada təqdimatı ümumiyyətlə Azərbaycanla Ermənistan arasındakı tarixi və mədəni gərginlik sahələrinə yönəldilib.

27 ildir dondurulmuş münaqişənin, xüsusilə su idarəçiliyi və birbaşa münaqişə bölgəsindən kənarda olan enerji sənayesi üçün böyük nəticələri var. Azərbaycanda çoxsaylı su hövzələri Dağlıq Qarabağdan başlayır, Xəzər dənizindəki ovalıqların böyük hissəsi bu dağlardan gələn çayların suyundan asılıdır. Bununla birlikdə, Türkiyə ilə Azərbaycan arasında dənizə çıxışı olmayan Ermənistan, Dağlıq Qarabağın işğalı ilə həyati əhəmiyyətli içməli su ehtiyatlarına nəzarətdə saxlayırdı. Bu isə Azərbaycana su problemi yaradırdı".

Tədqiqatçı 23 oktyabrda Azərbaycan parlamentinin rəsmi qəzetinin müharibənin gedişatını bu sözlərlə şərh etməsinə diqqət çəkib:

“Su müharibəsi sona çatır. Bu onu göstərir ki, müharibə edən iki tərəf - Ermənistan və Azərbaycan arasında zorakılığın artması dinamikası, ən azı on illərdir davam edən dondurulmuş münaqişə nəticəsində Azərbaycanda ekoloji tarazlığın pisləşməsindən qaynaqlanır.

1990-1994-cü illərdəki ilk Qarabağ müharibəsindən sonra Azərbaycan Dağlıq Qarabağ və ətrafdakı 7 vilayət üzərində nəzarəti itirdi. Ermənilər əvvəlcə sonuncuya heç bir iddia irəli sürmədilər, əksinə onu bufer zonası kimi qəbul etdilər. Bu vilayətlərdən ikisi, Cəbrayıl və Zəngilan, Aras çayı boyunca uzanan Azərbaycanla İran sərhədindədir. Təsadüfi deyil ki, bu 132 km-lik sərhəddə Azərbaycanın nəzarətinin bərpası müharibənin əsas hədəflərindən biri idi”.