• 12 Avqust 2022
logo
Neftçilər prospektindəki binada yanğının söndürülməsinə 8 briqada cəlb edilib

Neftçilər prospektindəki binada yanğının söndürülməsinə 8 briqada cəlb edilib

Bakının Səbail rayonu ərazisindəki yaşağış binasında baş verən yanğın hadisəsi davam edir.

Trend-in məlumatına görə, hadisə Səbail rayonu Neftçilər prospekti 83 ünvanında 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.

Hadisə yerinə 8 yanğın söndürmə və 1 təcili tibbi yardım briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür. Sakinlər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.