• 29 Mart 2024
logo
İsmayıllı sakini fəhlə kimi işlədiyi evdən oğurluq etdi

İsmayıllı sakini fəhlə kimi işlədiyi evdən oğurluq etdi

Sentyabrın 6-da İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1400 manat olan 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və az məbləğdə pulun oğurlandığı müəyyən edilib.
Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər həmin evdə fəhlə olaraq işləyən İsmayıllı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 37 yaşlı Elçin Ağayev olduğu müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı E.Ağayev törətdiyi əməli etiraf edərək oğurladığı qızıl-zinət əşyalarını Bərdə və Qəbələ rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdığını bildirib. Oğurlanmış qızılların bəziləri həmin məntəqələrdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayevin digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.