• 12 Avqust 2022
logo
Nazirlikdən Qarabağ meşələrində görünən yenotla bağlı açıqlama

Nazirlikdən Qarabağ meşələrində görünən yenotla bağlı açıqlama

Azərbaycanda xeyli sayda yenot mövcuddur.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib. Onun sözlərinə görə, bu günə kimi Azərbaycanın əksər meşələrində yenotlara rast gəlinib:

“Onlar ən çox cənub zonasında və Zaqatala meşələrində yayılıblar. Əslində yenot həm yırtıcı, həm də zərərverici bir heyvandır. Bu növ iqlimləşdirilib və ötən əsrin əvvələrində bizim ölkəyə gətirilib, vətəni isə Şimali Amerikadır”.

A.Səmədova yenotların necə Azərbaycana gəlib çıxmasında da danışıb:

“İlk dəfə Almaniyaya xəz dəri məqsədi ilə gətirilib və sonra Avropanın digər ölkələrinə, oradan da bizə yayılıb. Hazırda Azərbaycanda da bu növ xeyli mövcuddur. Şimali Amerika yenotları özünü çox müdafiə edən bir heyvandır, əslində ona yaxın getmək çox təhlükəlidir”.