Sentyabrın 8-də saat 4 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günay Cəlilifərhadinin yaşadığı evdə bıçaqla qətlə yetirilməsi barədə Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov Bakı şəhərində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.