• 18 Avqust 2022
logo
Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur - MN

Hərbi qulluqçular və yaralılar arasında COVID-19-a yoluxma yoxdur - MN

Müharibə dövründə və hazırda hərbi qulluqçular arasında COVİD-19 virusuna yoluxma halı qeydə alınmayıb.

Bunu Müdafiə Nazirliyinin Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.

O bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi, TƏBİB və Səhiyyə Nazirliyi arasında sıx əməkdaşlıq olub:

"Görülən tədbirlər nəticəsində müharibə zamanı və hazırda hərbi qulluqçular arasında COVID-19 infeksiyasına yoluxma faizi sıfıra bərabərdir. Hazırda yaralılar arasında da yoluxma halı qeydə alınmayıb. Müdafiə nazirliyinin tibbi personalı yaralılara 24 saat fasiləsiz xidmət edir".