• 1 İyul 2025
logo
Azərbaycanda son sutkada 4124 nəfər COVID-19-a yoluxub, 4205 nəfər sağalıb, 38 nəfər vəfat edib

Azərbaycanda son sutkada 4124 nəfər COVID-19-a yoluxub, 4205 nəfər sağalıb, 38 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.