• 18 Avqust 2022
logo
COVİD-19-un müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir - Harmancı

COVİD-19-un müalicəsi üçün antibiotiklərdən sərbəst şəkildə istifadə yolverilməzdir - Harmancı

İnsanların COVİD-19-un müalicəsi üçün həkim təyinatı olmadan antibiotiklərdən sərbəst şəkildə istifadə etməsi yolverilməzdir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanların bütün hallarda antibiotikləri apteklərdən özbaşına alması düzgün deyil:

“Pandemiya bitəcək, amma istifadə edilən bu ağır dərmanların fəsadları qalacaq. Hələki koronavirusun müalicəsi üçün dərman vasitəsi yoxdur. Həkimlərin məsləhət bildiyi dərmanlar sadəcə ağrıları azaltmaq üçündür”.