• 22 Sentyabr 2019
logo
add image
Həbsdəki xalası oğluna peçenyenin içərisində mobil telefon keçirmək istədi, amma...

Həbsdəki xalası oğluna peçenyenin içərisində mobil telefon keçirmək istədi, amma... FOTO

Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman “Bismak Moskva” sözləri yazılan peçenyenin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdə 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.