• 11 Avqust 2022
logo
Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib

Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib

Şəhid general-mayor Polad Həşimovun ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, cənab Prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən 3 nəfər - general - mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və İbad Hüseynova Prezidentin fərdi təqaüdü təyin olunub:

"Onlardan iki nəfərə - Polad Həşimov və İlqar Mirzəyevə ölümündən sonra bu ad verilib. Həmin şəxslərə və hazırda sağ olan İbad Hüseynova təqaüd təyin olunub".