• 1 İyul 2025
logo
Ermənilərin Hadrutda təxribat törətdiyi təsdiqlənib, Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralanıb

Ermənilərin Hadrutda təxribat törətdiyi təsdiqlənib, Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralanıb

Erməni silahlı birləşmələrinin Hadrut istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

APA-nı “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbər görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub.

Atışmada üç erməni hərbçi yaralanıb.

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.