• 4 Oktyabr 2023
logo
Şəmkirdə evə basqın edən maskalı şəxs saxlanılıb

Şəmkirdə evə basqın edən maskalı şəxs saxlanılıb

Şəmkirdə maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməsini bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanmışdır.