• 16 Avqust 2022
logo
Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.