• 9 Avqust 2022
logo
ANAMA: 03-06 Dekabr tarixlərində 102 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib (FOTO)

ANAMA: 03-06 Dekabr tarixlərində 102 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib (FOTO)

2020-ci il 03-06 Dekabr tarixlərində Agentliyə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.