• 5 Dekabr 2020
logo
Xaçmaz polisi əməliyyat keçirdi - Narkotiklə bağlı 2 nəfər tutuldu

Xaçmaz polisi əməliyyat keçirdi - Narkotiklə bağlı 2 nəfər tutuldu

Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Murtuzov stansiya ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan 385 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində Siyəzən rayon sakini Ağayar Vəliyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı isə ondan 5, 812 qram marixuana aşkarlanıb.
Hər iki faktla əlaqədar Xaçmaz Xətt Polis Şöbəsində araşdırmalar aparılır.