• 16 Yanvar 2021
logo
Zəngilanda yük maşını aşıb, sürücü ölüb

Zəngilanda yük maşını aşıb, sürücü ölüb

Zəngilanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 2-də saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan RPŞ tərəfindən araşdırma aparılır.