• 29 Mart 2024
logo
Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub

Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.

Bu vəzifəyə Pərvanə İmanova gətirilib. Bu barədə P. İmanovanın sosial şəbəkədəki şəxsi səhifəsində yaxınları qeyd edirlər.

P.İmanova bu günə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini olub.