• 26 Aprel 2024
logo
Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

Ötən gün Qarabağda hərbi hissələrdən birində partlayış baş verib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, partlayış döyüş sursatlarının daşınması zamanı qeydə alınıb.

Hadisə nəticəsində iki hərbi qulluqçu – 2001-ci il təvəllüdlü Jirayr Matevosyan və Qeqam Ovannisyan ölüblər.