• 22 Yanvar 2021
logo
Nur üzlü şəhid

Nur üzlü şəhid

Şəhid, Kazımlı Mürsəl Kamil oğlu. Nur üzlü şəhid. Mürsəl ,ailənin tək oğul övladı idi. Cəmi 28 yaş yaşadı. Meğri rayonunun şəhid oğludu. Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu.Şəhidlər ölmürlər, onlar tanrı dağının sakinləri olurlar, gecələr ay, ulduza,gündüzlər günəşə dönüb şəfəq saçarlar yer üzünə,Şəhid atası,şəhid anası dik tutun başınızı,Oğlunuz bir sizin yox,vətənin oğlu oldu.Sən döyüşə gedəndə, bir doğmaların yola salmışdı. Qayıdanda insan seli şəhidini qarşıladı. Oğul var evdən gedər,oğulda var eldən gedər. Sən eldən gedən oğulsan. Əcəl əlin tez sıxdın,kəfən yerinə bayrağı seçdin. Şəkillərinə baxdım, bütün şəkillərində gülürsən,təbəssüm yağır üz gözündən.
Arzuların çox idi,çoxx. Hər oğul silaha,sarılıb döyüşə gedə bilməz. Sən sarıldın silaha, vətən eşqi,azadlıq eşqi sənin qanında, canında idi. Şətindi bilirəm, valideyin üçün övlad itkisi, bir ömür boyu ürəklərində bu ağır tale yükünü daşıyacaqlar.
Axırıncı videolarına baxdım, əsgər yoldaşlarınla deyib-gülüb oxuyursan. Mahnının sözlərinə bax,boran olar,qar olar. Elə boran oldu, qar oldu, ata anan, ömrü boyu bu boranda,bu qarda üşüyəcəklər. Sənsizlikdən üşüyəcəklər. Neçə-neçə Mürsəllər dünyaya gələcək adını bilmədiyim necə oğul şəhidlərimiz var, o adla dünyaya gələcəklər, xatırlanacaqlar, Nur üzlü şəhidimiz, Mürsəl bala sənin qanın töküldüyü yerdə yaz yağış ları yağacaq, yağışlar torpağa hopacaq, o yerlərdə ağaclar pöhrələnəcək, sənin həyat eşqi, vətən e qi ruhun daima oralarda dolanacaq, boynu bükük bənövşələr, al əlvan lalələr açılacaq tanrının nurundan yer üzünə səpələnmiş güllər, çiçəklər öz rəngində öz ətirində çəmən gülləri açılacaq, bax o yerlər müqəddəs olacaq, axı o yerdə şəhid qanı tökülüb, Qubadlı ilə üzbə üz həsrətli vətənimiz durur lap yaxınındaydın. Nəfəs nəfəsdə idin vətənlə. Bəlkədə sonuncu dəfə qanrılıb elimizə gedən yollara baxmısan, baş -başa verən Ələngəz dağlarına baxmısan. Axı o yerlər sənin dədə -baba yurdundu laylanı lal axan Araz çayı, şəhidliyinə dözə bilməyən dağlarımız layla çalıb sənə. Sən tək ata ananın oğlu yox vətənin oğlusan. Birdə...birdə...Ürəyi hər an sənin yanında olan,gələn yollarına göz tikən, arzularında ,dualarında yolunu gözləyən, könül verdiyin xanım vardı. Gələcəm demişdin, mütləq gələcəm. Oda sənin sevgini ürəkdə saxlamışdı gözləyirdi səni. Sənin şəhadətə yüksəldiyin gün bax oda sanki öldü. Onun qəlbində sevgidən bir qala tikmişdin, o qalanın memarıda sən idin, bənnasıda, həmin gün sevdiyin insanın iç dünyasıdarmadağın oldu, viran qaldı, nakam qaldı, yetim qaldı sevgisi, sənə ürəyində bir məzar daşı qoydu, hər gün bu sevgi məzar daşına baş çəkəcək, göz yaşlarından sənə çələng hörəcək öz dərdini özü böləçək, göz yaşları mirvari dənələri kimi gözlərindən ürəyinə axacaq, yaşayacaqsan xatirələrdə, ömür karvanının hər dönəmi doğmalarının yaddaşında qalacaq.
Nur üzlü şəhidimiz rahat yat, nur içində yat.