• 19 Yanvar 2021
logo
Karxanaların Kürə təsiri açıqlandı

Karxanaların Kürə təsiri açıqlandı

Kür çayı hövzəsində yerləşən qum-çınqıl karxanaları bu çaya asılı gətirmələrin azalmasında böyük rola malikdir. Belə karxanalar Kür çayı yatağına yaxın Mingəçevir şəhəri yaxınlığında, Yevlax rayonu ərazisində, Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf edib.

Bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Kür çayı hövzəsində 1950-ci illərdən sonra aparılan əsaslı hidrotexniki dəyişmələr çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 milyon tondan 1993-cü ildəki 11,4 milyon tona qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Бu isə çay yatağı dibinin dərinliyinin eroziya bazisinə uyğunlaşmasına imkan verməyib:

"2020-ci ilin may ayına aid kosmik şəkillərin köməyi ilə aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür çayının deltasının sahəsi 134 kvadratkilometr, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axırı, XIX əsrin əvvəllərində formalaşmağa başladığını təsdiqləyir. Xəzər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçülərinin də tez-tez dəyişməsinə və məcra proseslərinin yenidən qurulmasına şərait yaradır. Dəniz səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya bazisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirib. Sonrakı illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşağıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuşdur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə, dəniz səviyyəsinin qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi.

Kür çayının mənsəbinə yaxın dəniz suyunun çay dərəsinə dolması çayın deltasında və hövzəsində baş verən təbii-antropogen proseslərlə bilavasitə əlaqədardır. 2020-ci ilin may ayına aid kosmik şəkillərin köməyi ilə aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür çayının deltasının sahəsi 134 kvadratkilometr, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axırı, XIX əsrin əvvəllərində formalaşmağa başladığını təsdiqləyir. Xəzər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçülərinin də tez-tez dəyişməsinə və məcra proseslərinin yenidən qurulmasına şərait yaradır. Dəniz səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya bazisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirmişdir. Sonrakı illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşağıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuşdur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə, dəniz səviyyəsinin qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi.

Lakin Kür çayı hövzəsində 1950-ci illərdən sonra aparılan əsaslı hidrotexniki dəyişmələr çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 milyon tondan, 1993-cü ildəki 11,4 milyon tona qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Bu isə çay yatağı dibinin dərinliyinin eroziya bazisinə uyğunlaşmasına imkan verməmişdir. Çayda asılı gətirmələrin azalmasında Kür çayı hövzəsində yerləşən qum-çınqıl karxanalarının da rolu böyükdür. Бelə karxanalar Kür çayı yatağına yaxın Mingəçevir şəhəri yaxınlığında, Yevlax rayonu ərazisində, Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf etmişdir.